• 26 Noyabr 2024 06:29

Tanınmış pediatrdan autizm sindromu ilə bağlı diqqətçəkən paylaşım – “Niyə artır?”

Bəlkə öncədən tərpənsək…

taninmis-pediatrdan-autizm-sindromu-ile-bagli-diqqetceken-paylasim

 

“Son zamanlar autizm sindromlu uşaqlar beynimdən çıxmır. Yəqin ona görədir ki, onları daha çox görməyə başlamışam. Bu sirr deyil k, autizm sindromlu uşaqların aşkarlanması sıxlaşıb. Nəzərə alsaq ki, valideynlərin bəziləri “xarakteri belədir” deyib qəbul etmir və bu uşaqlar da siyahıya daxil olsa, siyahı bir az da uzanır. Elə hey düşünürəm, bu sindrom niyə var, xromosomla bağlı deyilsə, metabolik deyilsə, zədələnmə və ya inkişaf qüsuru deyilsə, bəs nə səbəblə yaranır, niyə artır?”

Tacxeber.com xəbər verir ki, bu fikirlər tanınmış pediatr Aytən İsmayılzadəyə məxsusdur. O, dünyaya gələn və gələcək uşaqlar üçün narahatlığını bu şəkildə ifadə edib:

“Hamiləlikdə, hamiləlikdən də öncə gənc qızların bədəninin təmiz olması, toksin yükünün azaldılması, yod tələbatının yaxşı şəkildə qarşılanmasıdır. Yəni bu sindromun sonradan yüngülləşdirilməsi çox əziyyətlər, çox pullar hesabına, evdə başqa uşaqların da valideyn qayğısı haqqı hesabına baş verdiyini hamımız bilirik. Bəlkə öncədən tərpənsək doğrudan da rəqəmlər düşər. Bütün dünyada olan aktual problem kimi deyil, hələ ki öz ölkəmizin həll olunmalı problemi kimi baxsaq, bəlkə nəsə əldə olunar”.

Pediatr qidalanmanın uşaq sağlamlığı və inkişafı üçün çox əhəmiyyətli olduğunu xüsusi vurğulayıb:

“Millət olaraq sayımız çox deyil, hər birimizin sağlam olması şərt olmasa da lazımdır. Hələ uşaqlar, bizim gələcəyimiz daha sağlam və daha ağıllı olmalıdır”.

Tacxeber.com

Oxşar xəbərlər