• 24 Noyabr 2024 20:51

“Belə davam edəcəksə, Azərbaycan futbolu inkişaf etməyəcək” – Murad Musayev

“Demək olar ki, rəqibdən hər cəhətdən üstün idik. Oyuna nəzarət bizim tərəfimizdə idi. Rəqibin heç bir qol fürsəti olmadı, amma heç nədən iki qol vurdular. Bu da əlbəttə ki, bizim problemimizdir”.

Bu sözləri “Sabah”ın baş məşqçisi Murad Musayev Misli Premyer Liqasının 7-ci turunda bu gün evdə “Kəpəz”lə heç-heçə etdikləri (2:2) oyundan sonra mətbuat konfransında deyib.

Rusiyalı mütəxəssis görüşün baş hakimi İnqilab Məmmədovun idarəçliyindən və rəqib futbolçuların oyunu uzatmasından narazı qaldığını bildirib: “Hakimlikdən ümumiyyətlə məmnun deyiləm. Rəqib futbolçular oyunun bərpasını gecikdirirdilər, yerdə uzanırdılar. Belə davam edəcəksə, Azərbaycan futbolu inkişaf etməyəcək. Bir xal üçün bunları etmək düzgün deyil. Mənim komandam nə vaxtsa belə oyun sərgiləsə, futbolu atıb gedib başqa işlə məşğul olaram. Futboldan zövq almaq lazımdır. Bir il əvvəl eyni şeyləri “Şamaxı” edirdi. Bəlkə də bu cür davranışlar etməsəydilər, 1-ci liqaya düşməzdilər. Çox qəribə bir haldır. Penalti epizodunda hakim iki metrdən görmürdü ki, VAR-a gedirdi? İnqilab Məmmədov həmişə bizim oyunda hakim olanda özündən nələrsə çıxarır. İstəməzdik ki, bu hakim bizim matçlara təyinat alsın”.

Baş məşqçi qapıçı Yusif İmanovu ehtiyatda saxlamasını belə izah edib: “Rəqabəti daha da artırmaq üçün belə qərar verdik. Çünki Yusif rahatlaşmışdı. Ona limitə görə imkan verdik, oynadı. Məğlubiyyətin günahkarı sadəcə Rüstəm Samiqullin deyil”.  (Qol.az)

Tacxeber.com

Oxşar xəbərlər