• 24 Noyabr 2024 14:35

Putinin pəhrizi nədən ibarətdir və hər gün mühüm işlərdən öncə nə edir?..

Putinin pəhrizi nədən ibarətdir və hər gün mühüm işlərdən öncə nə edir?..

“Onun sevimli səhər yeməyi bildirçin yumurtası ilə təzə meyvə şirəsi və ya qəhvədir…”

“Putinin süfrəsində yalnız Patriarx Kirillə məxsus torpaqda yetişdirilən məhsullar olur…”

Rusiya prezidenti Vladimir Putinin gün nizamı qeyri-adidir və səhərlər faydalı yeməklərə üstünlük verir.

Bu barədə “The Mirror” nəşri məlumat verib.

Jurnalist Ben Cuda iddia edir ki, dünyanın bir çox ölkə liderləri dövlət işlərinə səhər tezdən başlayır, lakin Putin günortayadək yuxudan oyanmamağa üstünlük verir. Oyanandan sonra isə ona omlet və kəsmikli sıyıq verilir.

Onun sevimli səhər yeməyi bildirçin yumurtası ilə təzə meyvə şirəsi və ya qəhvədir. Prezidentin səhər yeməklərini dequstator testdən keçirilməli, zəhərləndirilmədiyi müəyyən edilməlidir.

Jurnalistin məlumatına görə, Kreml diktatoru balanslı qidalanmaya riayət etməyə çalışır. Onun qida rasionuna pomidor, xiyar, salat yarpaqları, balıq və qoyun əti daxildir.

İşğalçı ölkənin prezidenti tərkibində şəkər olan məhsullardan istifadə etmir, onun süfrəsində yalnız Patriarx Kirillə məxsus torpaqda yetişdirilən məhsullar olur.

Köməkçilərinin sözlərinə görə, Putin üzgüçülük üzrə iki saatlıq məşqləri çox sevir, bu da gələcək

vəzifələrinin icrasına hazırlaşmasında ona kömək edir.

Saray əyanları Putinin üzgüçülüklə məşğul olduğu zaman uzun müddət gözləmə zallarında keçirməli olur. Bəzən o, həmçinin idman zalında məşq edir.

Jurnalist iddia edir ki, Putin idmanla məşğul olduğu zaman Kreml təbliğatı səslənməlidir. O, dövlət işlərinin icrasına yalnız bir neçə saatdan sonra başlayır.

Onun köməkçiləri diktatorun kiberhücumlardan qorxusu səbəbindən kompüteri olmayan iş masasına işçi sənədlərini gətirir. (Moderator)

Tacxeber.com

Oxşar xəbərlər