• 21 Sentyabr 2024 06:59

Yeni 5 qəpiklik buraxıldı.

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən yenilənmiş 5 qəpiklik metal pul nişanları 25 sentyabr 2023-cü il tarixindən etibarən tədavülə buraxılır.

Bu barədə AMB məlumat yayıb.

Bildirilib ki, tədavülə buraxılan yenilənmiş 5 qəpiklik metal pul nişanının arxa tərəfində yeni dizayn elementləri kimi Azərbaycan Dövlət Gerbinin təsviri, eləcə də pul nişanının buraxılış ili əks olunub.

Yenilənmiş 5 qəpiklik metal pul nişanının digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı metal pul nişanına müvafiq olaraq dəyişməz saxlanılıb.

Qeyd edilib ki, yenilənmiş 5 qəpiklik metal pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq.

Tacxeber.com

Oxşar xəbərlər