• 23 Noyabr 2024 07:21

Türkiyənin Kiprə qoşun çıxarma əməliyyatının ikinci günündə …

  • 21 iyul 1974-cü il. Türkiyənin Kiprə qoşun çıxarma əməliyyatının ikinci günündə kəşfiyyat Yunanıstan gəmilərinin Kiprin köməyinə hərbi qüvvə və silah-sursat gətirmələri barədə məlimat aldı. Həm aviasiyaya, həm də “Kocatepe”, “Adatepe” və “Mareşal Fevzi Çakmak” gəmilərinə konvoya hücum əmri verildi.

Əslində isə heç bir konvoy yox idi. Bir kəşfiyyat məlumatı səhv yozulmuşdu. Göstərilən koordinata yetişən türk təyyarələri anlaşılmazlıq səbəbindən türk gəmilərini bombaladılar. “Adatepe” ciddi, “Mareşal Fevzi Çakmak” yüngül xəsarət aldı, “Kocatepe” isə batdı. Gəmi heyətindən 54 nəfər həlak oldu.

 

Xilasetmə qayıqları ilə gəmini tərk edən heyətin 39 üzvünü bir Livan gəmisi xilas etdi. 112 nəfər Türkiyənin “Berk” gəmisi və ingilis gəmiləri tərəfindən qurtarıldı. “Kocatepe”nin kapitanı Güven Erkayanın da olduğu 42 nəfəri isə İsrail ticarət gəmisi xilas etdi.

 

1992-ci ildə Oramiral rütbəsinə yetişən Güven Erkaya 1995-1997-ci illərdə Türkiyə Cümhuriyyəti Hərbi Dəniz Qüvvələri komandanı oldu. “İrticaya qarşı” postmodern darbe kimi tanınan 28 şubat qərarlarına imza atdı. Nəticədə Necmeddin Erbakanın baş nazir, Tansu Çillerin isə baş nazir müavini olduqları koalisyon Rifahyol hökuməti dağıldı.

Oramiral Güven Erkaya 2000-ci ilin aprelində xərçəng xəstəliyindən öldü.

Yadigar Sadıqlı

Tacxeber.az

 

 

Oxşar xəbərlər