• 21 Sentyabr 2024 15:06

Qazaxıstan və Ermənistan KTMT-dən çıxır?

Ermənistan və Qazaxıstan KTMT-dən çıxmaq üçün danışıqlar aparmır.

Bunu Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov deyib.

“Məlumat yayılır ki, guya Qazaxıstan və Ermənistan danışıqlar aparır. Bu doğru deyil. Bir neçə gün əvvəl KTMT-yə üzv ölkələrin xarici işlər nazirlərinin iclası keçirilib. Və orada təşkilatın gələcək inkişaf yolları, bu təşkilat çərçivəsində qarşılıqlı əlaqələr müzakirə edilib. Biz bu istiqamətdə işləyirik”, – o bildirib.

Qeyd edək ki, bundan əvvəl internetdə Qazaxıstan və Ermənistanın KTMT-dən çıxmaq üçün danışıqlar apardığı barədə məlumat yayılmışdı. (Axar)

Tacxeber.com

 

Oxşar xəbərlər