Gədəbəy Rayon İcra Hakimiyyətinin Gədəbəy şəhərində şəhərdaxili küçələrin, dalanların və meydanların abadlaşdırılması ilə bağlı keçirdiyi tender ləğv edilib.
Tenderin ləğv səbəbi iddiaçıların ixtisas göstəricilərinin əsas şərtlər toplusunda müəyyənləşdirilmiş meyarlara cavab verməməsi və bəzi iddiaçılar arasında sövdələşmənin olması ilə bağlıdır. (Valyuta)