Hindistan və Ermənistan arasında qarşılıqlı faydalı strateji tərəfdaşlıq üçün Ermənistanda Hindistan hərbi-hava bazasının yaradılması istiqamətində işləməyin vaxtı çatıb.
Tacxeber.com xəbər verir ki, bu təşəbbüslə “Hindistan-Ermənistan Dostluğu” təşkilatının prezidenti Ranancay Anand özünün X səhifəsində (Twitter) açıqlayıb.
Xatırladaq ki, dünən Nyu-Yorkda ER xarici işlər naziri Ararat Mirzoyan Hindistanın xarici işlər naziri Subramanyam Caişankar ilə görüşüb. Cənubi Qafqazda təhlükəsizlik və sabitliklə bağlı məsələlər müzakirə edilib.