• 24 Noyabr 2024 12:46

İrəvan dəhliz verməsə, Zəngəzur geri alınacaq.

Azərbaycan və Türkiyə prezidentlərinin Naxçıvanda görüşü olub. Zəngəzurun yaxınlığında. Təbii ki, Ərdoğan Əliyevi Qarabağda qazandığı böyük qələbə münasibətilə təbrik edib. Təbii ki, onlar müxtəlif əməkdaşlıq sənədləri imzaladılar.

Bunu rusiyalı politoloq Sergey Markov deyib.

“Naxçıvandakı görüş Ermənistandan Naxçıvan və Zəngəzur vasitəsilə Türkiyə ilə Azərbaycan arasında nəqliyyat dəhlizi yaratmağa imkan verməsi tələbi kimi görünür. Soçi razılaşmalarına əsasən Ermənistan zatən bunu etməlidir. Əgər Ermənistan ABŞ və Fransanın istədiyi kimi Rusiya ilə mübahisə etsə, onda KTMT Ermənistana kömək etməyəcək və bundan sonra Zəngəzurdan keçən nəqliyyat dəhlizi olmayacaq, ancaq SSRİ bu ərazini Ermənistana verməmişdən əvvəl olduğu kimi, bütün Zəngəzur yenidən Azərbaycana birləşəcək. Sizsə, elə fikirləşirdiniz ki, ancaq Qarabağ?” – o bildirib.

Tacxeber.com

Oxşar xəbərlər