• 21 Sentyabr 2024 10:34

Xankəndidəki tüstülənmənin şok səbəbi – Deputat açıqladı

 

“Havaların isti keçməsinə baxmayaraq, Xankəndidə binaların sobalarının borularından tüstülər çıxır. Nələrin və nə üçün yandırıldığı aydındır”.

Tacxeber.com xəbər verir ki, bunu deputat Musa Qasımlı Xankəndidə evlərdə ocaqların yandırılmasına aydınlıq gətirərkən deyib.

O bildirib ki, təcavüzkar Ermənistanın işğalı nəticəsində yaradılmış və artıq olmayan qondarma qurumun cinayətlərinə, terror aktlarına, ayrı-ayrı dövlətlərin ərazimizdəki qanunsuz fəaliyyətlərinə dair sənədlər yandırılır: “Bu hadisəni görəndə 1941-ci il iyunun 22-də Berlindəki sovet səfirinin verdiyi təlimatı xatırladım. İyunun 22-də səhərə yaxın sovet səfirini qəbul edən Almaniyanın xarici işlər naziri Ribbentrop müharibənin başlanmasına dair notanı təqdim edir. Səfirliyə qayıdan səfir məlumatı telefonla Moskvaya çatdırmaq istəyir. Lakin telefon kəsilmişdi. Səfir dərhal təlimat verir ki, səfirlikdəki bütün sənədlər, yazışmalar yandırılsın. Sənədləri sobalara yığıb yandırırlar. Nasistlərin yandırıb şou düzəltməmələri üçün Marks, Engels, Lenin və Stalinin də kitablarını səfirlik əməkdaşları özləri yandırır. Səfirliyin birinci katibi Bolşakov yazırdı ki, isti yay günündə sovet səfirliyinin binasından tüstünün çıxdığını görən hər bir şəxs sənədlərin yandırıldığı qənaətinə gələrdi…

Ermənilərin və müxtəlif dövlətlərin cinayətlərini təsdiq edən sənədlər, gerçək tarix yandırılır. Həmin sənədlərin götürülməsi zəruridir. Xankəndidəki sənədlər bilinməyən və ya bilinən, lakin indiyədək sənədlə təsdiq olunması mümkün olmayan bir sıra qaranlıq məsələlərə aydınlıq gətirəcək, diplomatiyamızın, bütövlükdə dövlətimizin mövqeyini daha da möhkəmləndirəcək”.

Tacxeber.com

Oxşar xəbərlər