• 26 Noyabr 2024 01:50

Dunamalyan: “Rusiya və Qərb passivdir, İranın mövqeyi isə mürəkkəb”

Ermənistanın Rusiyaya arxa çevirməsi və öz xoşbəxtliyini Qərbdə axtarması düşmən ölkəyə baha başa gələ bilər. Bunun üçün Ermənistan KTMT-dən və Avrasiya İqtisadi Birliyindən çıxmalıdır.

Deməli, təhlükəli oyunlara meyl edən Ermənistanda sular yaxın zamanlarda durulana oxşamır. Regionda toqquşan maraqlar fonunda gərginləşən Rusiya-Ermənistan münasibətləri hər iki ölkənin siyasi ekspertlərinin qızğın müzakirə mövzusudur.

Erməni ekspert Norayr Dunamalyan bildirib ki, son otuz il ərzində Rusiya-Ermənistan münasibətlərinin belə gərgin vəziyyətini xatırlamır.

O bildirib ki, münasibətlərdə təkcə siyasi deyil, həm də ideoloji əsasları olan dərin böhran var: “Eyni zamanda, tərəflərin motivləri tam aydın olmadığından bu cür “düşmən” bəyanatlarının konkret nədən ibarət olduğunu söyləmək çətindir.

Həmçinin, Rusiya Xarici İşlər Nazirliyinin ritorikası Gürcüstan və Ukrayna ilə münasibətlərin böhranı zamanı istifadə edilən eyni ifadələrə bənzəyir. Münasibətlərin pisləşməsi hələ iqtisadi və ya diplomatik münasibətlərin pozulmasına gətirib çıxartmayıb. Lakin ictimai müzakirələrdə, xüsusən də Ermənistanda müttəfiqin mövqelərində məyusedici məqamlar yetərincədir”.

Daha sonra Ermənistanın KTMT və Avrasiya İqdisadi Birliyindən çıxacağına toxunan politoloq bildirib ki, 2020-ci ildən sonra Avrasiya məkanında qüvvələr balansı pozulub, regiona yeni dövlətlər daxil olub. Ona görə də Ermənistanın KTMT və ya Aİİ-də iştirakı sual altındadır. Lakin kontekstin dəyişdirilməsi regional birliklərin funksiyalarının transformasiyasına gətirib çıxarır. Ermənistan hökuməti başçısının eyni bəyanatlarında KTMT-nin səmərəsizliyinə dair çoxsaylı eyhamlar var”.

Zəngəzur dəhlizinin açılmasına toxunan Norayr Dunamalyan bildirib ki, Qarabağdan sonra Azərbaycan dəhliz ideyasını həyata keçirməyə çalışacaq: “Beynəlxalq oyunçuların mövqeyi də önəmlidir, lakin Rusiya və Qərbin passivliyi, İranın mürəkkəb mövqeyi aydın mənzərə yaratmır”. (Konkret)

Tacxeber.com

Oxşar xəbərlər