• 26 Noyabr 2024 07:42

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin bu İdarəsi Talıbovların keçmiş şitkəti ilə müqavilə imzalayıb – Vergi borcu var

Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin Naxçıvan Şəhər Yol Təmir Tikinti İdarəsinin “Tikinti materiallarının satınalınması” ilə bağlı elan etdiyi tender başa çatıb.

“Nəqşicahan İnşaat” MMC ilə idarə arasında 42.280,1 AZN-lik müqavilə imzalanıb.

Tenderə əsasən Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin Naxçıvan Şəhər Yol Təmir Tikinti İdarəsi Təmizlik üçüb Şotqa+Qurpu, Ağardıcı məhsul Kirəc, Qaynaq üçün Elektrod, Asfalt kəsən Starter, Laqanda kömürü, qaynaqçı kaskasl, projektor, skoç, izolent Göy-Qara, Kağız bant, Qıfıl, əl arabası və.s ilə təmin olunmalıdır.

Əldə etdiyimiz məlumata görtə, hazırda irkətin dövlətə 29 min 479 AZN vergi borcu var

Bildirək ki, nizamnamə kapitalı 8 milyon 100 min AZN olan irkətin qanuni təmsilçisi SAHİL MURTUZAYEV VİDADİ OĞLUdur.

Mediada gedən məlumatlara görə, “Nəqşicahan İnşaat” MMC “Nəqşicahan Group” şirkətlər ittifaqına daxildir. Sözügedən holdinq də Naxçıvan MR Ali Məclisinin sabiuq sədri Vasif Talıbovun oğlu Seymur Talıbova məxsus olub. Naxçıvanda “Nəqşicahan” Holdinqin yerləşdiyi bina satıldıqdan sonra şirkət Talıbovlardan çıxıb. (32gun)

Tacxeber.com

Oxşar xəbərlər