• 20 Sentyabr 2024 20:36

“Ən böyük arzum odur ki…”

 

“Bir gözüm gülür, bir gözüm isə uzun yol üçün ağlayır. Amma o yolun özündə də bir işıq var. O işıq isə düşünürəm ki, əbədiyyatdır, əbədiyyat işığı. Mən orada əbədi yaşayacağam. Orada ustadlarım, məndən sonra tələbələrim də yaşayacaq. Buna inanıram. Onlar tək tələbəm deyil, musiqi vasitəsi ilə dünyaya bağışladığımdır”.

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniş Haşımova “Yaşananlar” verilişində deyib. Müğənni arzularından danışıb:

“And içməyi sevmirəm. Əgər əməlimiz yoxdursa, söz deməyə nə var ki? Mən indi xoşbəxtəm, amma sabah necə olacağam onu Allah bilir. Bir arzum var. Dünyada olanda yox, mən bu dünyada olmayanda istəyirəm ki, hamı məndən danışsın.

Özümü göylərdən eşitmək istəyirəm. Bu xalq üçün kim olmuşam, xalqımın sevgisinə layiq olmuşam, Vətən qızı ola bilmişəm, necə olmuşam, necə yaşamışam, oxuduğum o nəğmələr və tamaşaçılarım məndən razı qala bilibmi… Bax, bunun hamısını sağlığımda yox dünyadan köçdükdən sonra eşitmək istəyirəm”.

Tacxeber.com

Oxşar xəbərlər