• 21 Sentyabr 2024 10:30

Vəzifədən getməmişdən öncə “FSB”-dən Araik Arutyunyana zəng edərək nə deyiblər?.. 

“Araik Arutyunyana Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX –rus.“FSB”) 5-ci xidməti zəng edib və ona deyiblər: “Bəsdir, sən artıq hakimiyyəti idarə edə bilməzsən, çünki bizim digər casuslara yalan danışırsan…”

Bunu artıq Azərbaycan sərhədindən naməlum şəraitdə keçərək Ermənistana getmiş keçmiş qondarma “müdafiə naziri”(1994-2000) və “təhlükəsizlik şurası”nın sabiq rəhbəri Samvel Babayan tanınmış erməni jurnalisti Petros Qazaryana müsahibəsində söyləyib.

O guya “FSB”-dən Araikə gələn zəngdə “digər casuslar” deyilənlərin Qarabağdakı separatçı-terrorçu rejimin keçmiş qondarma “prezident”ləri, yəni Xocalı caniləri Robert Köçəryan və Serj Sərkisyan olduğunu bildirib.

“Keçmiş prezidentlər “FSB”-yə bildiriblər ki, Araiık bütün həqiqətləri demir, sizi aldadır. Odur ki, Arayık çıxarılıb və yenisi gətirilib”, – deyə Samvel Babayan əlavə edib.

Keçmiş “prezident”lərin bu məsələdə rolunun nə olduğunu soruşduqda S.Babayan belə cavab verib: “Üçü birləşib və Arayık onlarla birgə qərar verib…”

Xatırladaq ki, sentyabrın 9-da Xankəndindəki qanunsuz “parlament”də sonuncu qondarma “prezident” kimi Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etmiş Samvel Şahramanyan “seçilib” və Araik Arutyunyan vəzifəsindən kənarlaşdırılıb… (Moderator)

Tacxeber.com

Oxşar xəbərlər