• 24 Noyabr 2024 11:27

“Təəssüf, Vladimir, sən özün günahkarsan…” – Hillari Klinton

“Ukraynaya qarşı müharibə törətməsi Rusiyaya böyük ziyan vurub və Moskva üçün vəziyyəti yalnız pisləşdirib…”

“Tramp dönəmində biz müttəfiqlərimiz və dostlarımızla çox körpüləri yandırdıq, indi isə Amerikanın ən yaxşı dəyərlərinə uyğun olan xarici siyasətə dönmüşük…”

ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton Rusiya prezidenti Vladimir Putuni ələ salıb.

Moderator.az xəbər verir ki, bu barədə “Reuters” beynəlxalq xəbərlər agentliyi məlumat yayıb.

Dövlət Departamentində özünün rəsmi portretinin prezentasiyası zamanı çıxış edərkən Klinton Ukraynaya qarşı müharibə törətmək qərarına görə Putini tənqid edib.

Onun deməsinə görə, bu qərar Rusiyaya böyük ziyan vurub və Moskva üçün vəziyyəti yalnız pisləşdirib.

“Ukraynada demokratiyanın müdafiəsi, NATO-nun genişləndirilməsi-təəssüf, Vladimir, amma sən özün günahkarsan”, – onun bu sözləri zaldakıların gülüşü və alqışlarına səbəb olub.

“Bu, ixtilaflar predmeti olub. Biz həmişə deyirdik ki, insanları NATO-ya daxil olmağa məcbur etmirlər, insanlar özləri seçim edib NATO-ya daxil olur”, – Klinton qeyd edib

Onun fikrincə, prezident Co Bayden zamanında özünün baş diplomat, Baydenin isə Barak Obamanın vitse-prezidenti olduğu Obama administrasiyasının bir çox prioritetlərinə əməl edir.

Klinton dəqiqləşdirib ki, o, “NATO-nun genişləndirilməsi, Rusiyanın təcavüzünə müqavimət göstərilməsi və Çin tərəfindən çağırışların idarə edilməsini” Bayden və Obamanın ümumi prioritetləri hesab edir.

O, həmçinin ABŞ-ın sabiq prezidenti Donald Trampın siyasətini tənqid edib.

“Biz Tramp dönəmində öz müttəfiqlərimiz və dostlarımızla çox körpüləri yandırdıq, indi isə Amerikanın ən yaxşı dəyərlərinə uyğun olan, bizim maraqlarımızı və dünyada təhlükəsizliyi başlıca məqsədi hesab edən xarici siyasətə dönmüşük”, – Klinton vurğulayıb.

Tacxeber.com

Oxşar xəbərlər