• 24 Noyabr 2024 13:25

Yuxusuz qalan adamların ürəyi sıradan çıxır.

Pakistan alimləri yuxusuzluqdan əziyyət çəkən insanlarda ürək-damarların sıradan çıxdığını sübut edib.

“Medicina” xəbər verir ki, yuxu pozğunluğundan əziyyət çəkən insanlar infarktdan daha çox ölür.

Yuxusuzluq əslində psixi xəstəlikdir. Bu heç də günlərlə yatmamaq demək deyil. İnsan sutkada qısa-qısa, kəsik,az yatır, gec yatır, arada oyanır. .

Alimlər yuxusuzluğun ürək və qan damarlarının sağlamlığına təsirini öyrənmək üçün 388 906 yuxusuzluq və 2 194 211 sağlam insanın məlumatlarından istifadə ediblər.

Tədqiqatçılar yuxusuzluq əlamətləri olan insanların sağlam insanlarla müqayisədə infarkt və ürək-damar xəstəlikləri riskinin 40% çox olduğunu müəyyən ediblər.

Tacxeber.com

Oxşar xəbərlər