“İş adamı Ruben Vardanyanın həbsi ilə Rusiya-Azərbaycan tandemi mühüm bir problemi həll etməyə çalışacaq. Məqsəd ən azı bir neçə yüzdən minə qədər artsax vətəndaşını və xüsusən də hərbi-siyasi elitanı girov saxlamaqdır ki, adamlar Ruben Vardanyanın taleyini keçid məntəqəsində qarşılayacaqlarını anlayaraq bundan sonra artsaxı tərk etmək barədə düşünməyə cəsarət etməsinlər”.
Moderator.az xəbər verir ki, bunu səhər saatlarında Ermənistanın “Hraparak” nəşri yazır.
Erməni nəşri daha sonra bildirir ki, ən azı, 25-30 min erməninin Yuxarı Qarabağda qalması hər iki tərəf üçün faydalıdır ki, bu həm də rus sülhməramlıların mövcudluğunu təmin edəcək…
Qəzet iddia edir ki, guya artıq 50 mindən çox hayk Ermənistana köçüb, lakin minlərlə insan, o cümlədən separatçı-terrorçu rejimin dövlət “rəsmilər”i və “hərbi xadimlər” qalmaqda davam edir. Qeyd edilir ki, üç keçmiş qondarma “prezident” – Bako Saakyan, Arkadi Qukasyan və Arayik Arutyunyan, indiki “prezident” Samvel Şahramanyan, “müdafiə qüvvələri”nin keçmiş komandirləri və generalları, qanunsuz “parlament”in üç müxalifət fraksiyasının bütün üzdəniraq “deputat”ları Xankəndindədirlər.
Keçmiş “müdafiə naziri” Samvel Babayan “parlament”in vitse-prezidenti Qaqik Baqunts və qadın “deputat” Qohar Sarkisyan istisna olmaqla, “partiya”sının üzvləri ilə birlikdə Ermənistandadır…