• 27 Noyabr 2024 12:27

Xərçəngdən qorunmaq üçün nə etməliyik ?

Türkiyəli mütəxəssis Hakan Özkülün sözlərinə görə, insanlar bəzi şərtlərə riayət edərsə, bu xəstəliyin inkşafının qarşısını almaq olur.

Xərçəngin inkişafı əsas 5 faktorla bağlıdır.

Hərəkətsizlik

Alkaqol

Siqaret

Bədən kütləsi indeksinin yüksək olması

Rasionda meyvə və tərəvəzdən az istifadə

 

Bu xəstəlikdən qorunmaq üçün sadəcə, yemək vərdişləri deyil, davranış nümunələri də önəmlidir. Yəni siqaret və alkaqol bəslənmə deyil, davranış hesab olunur. Həmçinin hərəkətsizlik də davranış qaydalarına daxildir. İdman zalına getmirik, idmanla, sadə hərəkətlərlə məşğul olmamaq nəinki xərçəng xəstəliyini, eləcə də xroniki xəstəliklərin risqini artırır.

Faktorlardan biri də piylənmədir. Ümumilikdə, piylənməni artıran hər şeydən uzaq olmaq lazımdır. 15 – ə yaxın xərçəng növü – mədə, bağırsaq, yumurtalıq, uşaqlıq xərçəngi və.s piylənmə ilə birbaşa əlaqəsi var. Buna görə də yediklərimizə qarşı diqqətli olmalı, sağlam qidalanmalı, piylənmədən uzaq durmalıyıq.

 

Eləcə də mədə – bağırsaq xərçəngi yaranmasının qarşısını almaq üçün bəzi qidaları alışqanlıq halına gətirməli və onlardan daha çox istifadə etməliyik. Məsələn, lifli qidalar burada əsas rol oynayır.

Probiyotik qidalardan kefir, evdə hazırlanan yoqurt, qatıq menyudan əskik olmamalıdır.

Çörəkotu, sarımsaq, zəncəfil, zərdəçal, brokolli, ispanaq, tərkibi kükürdlü məhsullardan istifadə etmək lazımdır.

Profinollar arasında yaşıl çay zəngin bir ot bitkisidir. Hazırlanan salatlara zeytun yağı mütləq əlavə edilməlidir. Əsasən də Aralıq pəhrizi daha yaxşıdır”. (Medicina)

Tacxeber.com

Oxşar xəbərlər