“Təslim olmayacağam” deyən “artsax” komandiri də Ermənistana keçdi…-FOTOLAR
Azərbaycan ordusunun uğurlu antiterror əməliyyatından sonra “Təslim olmayacağam” deyən Qarabağdakı qondarma “müdafiə ordusu”nun “elit” sayılan hərbi hissələrindən birinin “əfsanəvi” komandiri, “Kyoxa” ləqəbi ilə tanınan “artsax qəhrəmanı” Karen Calavyan naməlum şəraitdə Azərbaycan-Ermənistan sərhədini keçib.
Moderator.az xəbər verir ki, bu haqda “Aykakan jamanak” məlumat və fotolar yayıb.
Məlumata görə, əli minlərlə Azərbaycan vətəndaşının qanına batmış erməni komandir artıq Zəngəzurun Gorus şəhərindədir.
Xəbərdə K.Calavyanın Azərbaycan sərhədini hansı yolla keçməsi haqda heç bir şey deyilmir…
Zəruri arayış:
Söhbət I və II Qarabağ savaşlarında, eləcə də Aprel döyüşlərində Azərbaycana qarşı döyüşmüş polkovnik,“Artsax”ın “milli qəhrəmanı” Karen Calavyandan gedir. O, son illərdə Tərtər rayonunun, son məlumatlara görə, hazırda artıq nəzarətimizdə olan “Tonaşen” adlandırılmış Təpəkənd kəndi ərazisindəki “Yexnikner”(“maralllar”) adlanan “elit” separatçı ordu birləşməsinin komandiri olub. 44 günlük müharibə zamanı Tərtər, Bərdə rayon mərkəzləri və yaxın kəndləri, həmçinin Ağdam rayonunun bir sıra kəndləri məhz həmin ərazidən top və reaktiv yaylım atəşli “Qrad” və “Smerç” raket qurğularından atəşə tutulub.
Xatırladaq ki, 2020-ci noyabrın 5-də Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənə endirilən artilleriya zərbələri ilə 10-cu dağatıcı diviziyasının Təpəkənd kəndində yerləşən 7-ci dağatıcı alayının qərargahı, əsgər kazarmaları, sursatla dolu avtomobil texnikaları və digər hərbi infrastrukturu dağıdılmışdı. Lakin görünür, bu, həmin alayın tam məhvi ilə nəticələnməmişdi.