• 22 Sentyabr 2024 08:40

Qənirə Paşayeva üçün izdiham

Qənirə Paşayeva üçün izdiham

Xəbər verdiyimiz kimi, hazırda Heydər məscidində ötən gün vəfat edən Milli Məclisin deputatı Qənirə Paşayeva ilə vida mərasimi keçirilir. 

Tacxeber.com xəbər verir ki, millət vəkili ilə vidalaşmağa minlərlə insan gəlib. Xanım siyasətçiyə vəfa borcunu ödəyənlərin arasında tanınmış siyasət, mədəniyyət, incəsənət xadimləri, yazıçı və şairlər, jurnalistlər, vəzifəli şəxslər və çoxlu sayda sıravi vətəndaş var.

Vida mərasimi başa çatdıqdan sonra Q.Paşayeva İkinci Fəxri Xiyabanda dəfn olunacaq.

Tacxeber.com

Oxşar xəbərlər