• 21 Sentyabr 2024 09:53

Türkiyəli məşhurlar Qənirə Paşayeva haqda Moderator.az-a danışdı:“48 yaşında dünyasını dəyişməsi…”-ÖZƏL

Milli Məclisinin deputatı, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın dünyasını dəyişməsi xəbəri türkiyəli sənətçiləri də üzüb.

Məşhurlar Moderator.az vasitəsilə millət vəkilinin ailə üzvlərinə baş sağlığı verib.

Türkiyənin məşhur aktrisası, Yeşilçamın ulduzu, “ Çalıquşu” filminin Fəridəsi Aydan Şener:

“Qənirə Paşayevanın ölüm xəbərini dünən eşitdim. Çox, lap çox üzüldüm. Çünki Azərbaycana gələndə özü ilə tanış olmuşdum. Birlikdə yemək də yemişdik. Çox pozitiv, intelektual, gözəl, gənc bir xanım idi. 48 yaşında dünyasını dəyişməsi çox üzücüdür. Həqiqətən çox üzüldüm. Bir dostluğumuz var idi, söhbətimiz olmuşdu. Hər zaman çox erkən yaşlarında Milli Məclisin deputatı olduğu üçün özü ilə qürur duyurdu. Ölümün arxasından nə deyim ki?! Çox çox üzüldüm. Bütün yaxınlarına, ailə üzvlərinə, Azərbaycan xalqına baş sağlığı diləyirəm. Hamımızın başı sağ olsun. Kaşki onunla birlikdə bir şəklim olsaydı, mütləq çəkilib, amma mənim əlimdə yoxdur” deyə Aydan Şener deyib.

Türkiyənin məşhur aktyoru Hüseyn Avnı Danyal:

“Azərbaycan xalqının başı sağ olsun. Çox təəssüf ki, onunla şəxsən tanış deyildik. Tanış olmaq mənə qismət olmayıb. Başınız sağ olsun” deyə aktyor bildirib.

 

Türkiyəli məşhur aktrisa Meral Konrat:

“Allah Qənirə xanıma rəhmət etsin. Çox üzüldüm. Azərbaycanla Türkiyə arasında qardaşlıq körpüsü yaratmışdı. Həm mədəniyyət sahəsində, həm də siyasi sahədə böyük uğurlu işlər görmüşdü. Tez-tez Türkiyə-Azərbaycan adına təşkil olunan gecələrdə görüşürdük. Onu nəinki Azərbaycanda, Türkiyədə də sevirdilər. Bütün yaxınlarına baş sağlığı verirəm” deyə aktrisa bildirib.

Türkiyəli aktrisa Çidem Tunç:

“Bütün Azərbaycana baş sağlığı verirəm. Nur içində yatsın əziz Qənirə xanım. İstər Qənirə xanımın itkisi olsun, istər torpaqlarınızın bütövlüyü uğrunda canlarını fəda edən şəhidləriniz olsun, hər acınızda biz yanınızdayıq. Bizim qardaşlığımız bazara deyil, məzara qədərdir” deyə aktrisa bildirib.

Tacxeber.com

Oxşar xəbərlər