• 30 Noyabr 2024 07:42

Hər beş qadından birində bu xəstəliyə rastlanır

 

Miqren beyindəki bir sıra kimyəvi dəyişikliklərdən qaynaqlandığı ehtimal edilən, lakin yaranma səbəbi dəqiq məlum olmayan xroniki xəstəlikdir.

Bu xəstəlik qadınlar arasında kişilərə nisbətən daha çox yayılıb. Belə ki, hər beş qadından biri tez-tez miqren tutmalarına məruz qalır. Kişilərdə isə bu 1/10 nisbətindədir. Bu da qadınların daha emosianal olması ilə əlaqələndirilir.

Miqren əsasən başın bir hissəsində yaranır. Şiddətli tutmalar zamanı göz qaralması, göz yaşarması, baş dönməsi, ürək bulanma, səs, işıq və qoxulara qarşı həssaslıq müşahidə edilir.

Alkoqol, aclıq, doğru tərtib edilməyən pəhriz, az yemək, az su qəbulu, ağır fiziki iş, uzun müddət yol getmək, kəskin qoxular, , başı həddən artıq isti saxlamaq, ətirlər, güclü işıq, stres, qorxu, hormonal dərmanların qəbulu, qan dövranı pozulması bu xəstəliyi tətikləyən səbəblərdəndir.

Onu da qeyd edək ki, hər baş ağrısı miqren deyil. Bu diaqnozun qoyulması üçün tomoqrafiya cavablarının təmiz olması, baş ağrılarına səbəb olacaq hər hansı bir amilin olmaması gərəkdir.

Tacxeber.com

Oxşar xəbərlər