“Gucci” brendinin baş modeli, qeyri-ənənəvi görünüşü ilə məşhurlaşan erməni model Armine Arutyunyan VoMA-nın üzvü olub.
Tacxeber.com xəbər verir ki, VoMA Ermənistanda peşəkar hərbçilər tərəfindən yaradılmış təlim düşərgələri şəbəkəsidir.
Qeyd edək ki, məktəblilərə də hərbi forma geyindirərək onlara atıcı və digər növ silahlardan istifadə etmək öyrədən bu düşərgələrin mühüm sponsoru Ruben Vardanyan olub. Düşərgə vaxtilə Qarabağda da fəaliyyət göstərib.