“Mühafizəçi qız etiraf edib ki, dəfələrlə məhbus terrorçu ilə kamerada ikilikdə qalıb və…”
“Məhbus qızların mobil telefonundan istifadə edərək onlarla seksual xarakterli yazışmalar və fotoşəkillər paylaşıb…”
İsrailin “Ramon” həbsxanasının beş gənc qadın mügafizəçisi həbsdə olan terrorçu ilə intim əlaqələrdə olub
İsrail Müdafiə Ordusunun “Ramon” həbsxanasında müddətli hərbi xidmət hərbi qulluqçularından beş nəfər gənc mühafizəçi qız Fələstin Milli Azadlıq Hərəkatının ölkənin mərkəzində israillilərin həlak olması ilə nəticələnən terror aktı törətdiyinə görə ömürlük həbs cəzası çəkən yaraqlısı ilə intim əlaqələrdə şübhəli bilinib.
Moderator.az xəbər verir ki, bu barədə “Detaly” nəşri yazıb.
Ümumi Təhlükəsizlik Xidmətinin təhqiqatına səbəb ötən il ərzində mühafizəçi hərbçi qızın xüsusi təhlükəli məhbusla intim münasibətlərdə olması olub.
Artıq dindirilmə zamanı mühafizəçi qız etiraf edib ki, dəfələrlə məhbusla kamerada ikilikdə olub, onların münasibətləri isə hər iki tərəfin razılığı ilə inkişaf edib.
Bir qədər sonra onun vəkili dəqiqləşdirib ki, bu münasibətlərdə “mükəmməl seks” olmayıb, buna o, həm özünə, həm də onun ailə üzvləri təhdid altında zorla vadar edilib. Hazırda bu məlumat yoxlanılır.
Başısoyuq mühafizəçi xidmətdən kənarlaşdırılaraq ev dustaqlığına göndərilib. Böyük ehtimalla, ona qarşı dələduzluq və etimaddan sui-istifadə edilməsi ittihamları irəli sürüləcək. O, məlumat verib ki, xidmət üzrə daha dörd qız həmkarı da həmin məhbusla intim münasibətlərdə olub.
Həmçinin daxili təhqiqatın gedişində müəyyən edilib ki, həbsxana məhbusunun diqqətini cəlb edən qadın şəxsi heyətin sərəncamında olan mobil telefonla terrorçu mühafizəçi qızlarla yazışıb və onlar ilə fotoşəkillər paylaşıb. Yazışma əsasən seksual xarakterli olub.
Onun kamerasında axtarış zamanı aşkar edilən bütün qadağan olunmuş əşyalar maddi sübut kimi işə əlavə edilib. Bu gün qadın düşkünü olan terrorçu təkadamlıq kameraya köçürülüb və yaxın günlərdə onu polisdə dindirmələr gözləyir.
Digər mühafizəçi qızlar barədə xidməti vəzifələrinin icrasında kobud pozuntular və təhqiqata maneçilik törədilməsində şübhəli bilinərək cinatət işləri açılıb.
Polis onların ən azı bir il müddətində xidmət keçən qızların məhbusla münasibətləri haqqında bildikləri halda bu barədə məlumat verməyib. Təhqiqatın digər detalları hələlik məxfi saxlanılır.
“Bu məlumat müddətli hərbi qulluqçuların, xüsusilə qadınların terrorçuların cəza çəkdiyi həbsxanaların mühafizəsi üçün istifadə edilməsi praktikasının təcili surətdə dayandırılmasının zəruriliyini bir daha sübut edir”, – yeni milli təhlükəsizlik naziri İtaman Ben-Qvir xəbəri şərh edib.
“Mən vəzifəyə başladığım doqquz ay ərzində buna təkid etmişəm, o zamandan bu məsələdə xeyli addımlar atılıb. Bu gün terrorçular üçün həbsxanalarda qadın hərbi qulluqçuların sayı xeyli azalıb, plana görə, 2025-ci ilin ortalarında Həbsxanalar İdarəsibdə bir nəfər də olsun qadın hərbi qulluqçu qalmayacaq”, – o, əlavə edib.
Bundan öncə məlumat verilib ki, yanvar ayında nazir Ben-Qvir Həbsxanalar İdarəsinə terrorçu fəaliyyətlərinə görə məhbusların cəza çəkdiyi xüsusi rejimli həbsxanaların mühafizəsi üçün müddətli hərbi xidmət hərbi qulluqçuları olan gənc oğlan və qızlardan istifadə edilməsini dayandırmaq barədə sərəncam verib.
Bu sərəncama görə, xüsusi təhlükəli cinayətkarlar Həbsxana İdarəsinin təcrübəli əməkdaşları tərəfindən mühafizə etməlidir. Bu sərəncamın icrası üçün yarım il vaxt verilib.
Söhbət ordu və ya polis qurumlarında deyil, məhz penitensiar sistemdə mühafizəçi qismində müddətli hərbi xidmət keçən qızlardan gedir. Məhz belələri son zamanlar həbsxana-seksual qalmaqalların qəhrəmanlarına çevrilib.
Bəzi hallarda həbsxana əməliyyatçıları onlardan, guya, cinsi əlaqələr vasitəsilə terrorçulardan məlumatlar almaq üçün istifadə edib. Digər hallarda onlar məhbus terrorçularla maddi nemətlər əvəzinə sevgiyə qərq olub.
Bir çoxları istisna etmir ki, mühafizə “blokuna” gənc nəzarətçi qızların cəlb edilməsi praktikasından əvvəlcədən terrorçuların seksual tələbatlarının təmin edilməsi üçün, “operativ məlumat toplanılması” isə artıq ötəri olaraq həyata keçirilib.
Yeni nazir öz sərəncamı ilə güc strukturlarının uzunmüddətli həbs cəzasına məhkum olunmuş terrorçulara “komfort cəza rejimi” təmin etməklə məhbusların qiyamından və muxtariyyət administrasiyası ilə münasibətlərin kəskinləşməsindən yan keçmək səylərinə rəğmən, biz zərbə ilə “Qordi düyünü”nü kəsmək qərarına gəlib.