• 24 Sentyabr 2024 16:20

Fransanın Respublikaçılar partiyasının lideri: “Biz rüsvay və darmadağın olduq”

 

“Fransanın Nigeri tərk etməsi Paris üçün rüsvayçılıq və böyük məğlubiyyət idi”.

Tacxeber.com xəbər verir ki, bu sözləri Fransanın Respublikaçılar partiyasının lideri Erik Siotti “Le Parisien” qəzetinə müsahibəsində deyib.

“Biz rüsvay və darmadağın olduq. Bu, Fransanın Afrikadan yoxa çıxması ilə nəticələnən uzunmüddətli siyasi prosesin nəticəsidir”, – deyə o, bildirib.
Siottinin fikrincə, Afrika qitəsini tərk etmək Fransa üçün ciddi nəticələrə və onun təsirinin azalmasına səbəb ola bilər.

Tacxeber.com

Oxşar xəbərlər