“Bir arzusu var idi, deyirdi bu döyüşlərdən qayıdandan sonra əllərini açıb məni gözləyərsən. Məni elə bil heç qucaqlamamış kimi qucaqlayarsan”
Bunu şəhid Ramazan Nurməhəmmədovun nişanlısı Laiyat Ayıbova deyib.
O bildirib: “Kim görürdü, deyirdi bu nə gözəl cütlükdür, bu nə gözəl sevgidir belə. Oktyabrın yeddisi toyumuz olmalıydı. Sentyabrın 20-i şəhid xəbərini eşitdim. Bütün arzularımız yarımçıq qaldı”.