Ermənilərin bölgəni tərk etməsi lobbini “hərəkətə” gətirdi: Bu başlanğıcdır
“Qarabağın tamamının Azərbaycanın nəzarətinə keçməsi və ermənilərin kütləvi şəkildə bölgəni tərk etməsi dünyanın müxtəlif ölkələrində erməni lobbisini “hərəkətə” gətirib, anti-Azərbaycan və anti-Türkiyə faliyyətlərini gücləndiriblər. Erməni radikallar sentyabrın 29-da ABŞ-ın Cənubi Kaliforniya Universitetində Türkiyənin İctimai Diplomatiyası mövzusunda keçirilən konfransın iştirakçılarına hücum ediblər. Bu başlanğıcdır”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, tədbir iştirakçıları şifahi və fiziki təzyiqlərə məruz qalıblar. Oxşar xəbərlər Livandan gəlib, orda yenə Azərbaycan səfirliyinə hücum etmək istəyiblər.