• 21 Sentyabr 2024 08:42

“Türkiyə dronlar istehsalında dünya liderinə çevrilib” – “Bloomberg”

 

“Ukraynada döyüş əməliyyatları dronlar müharibəsinə çevrilib…”

“Biz gəlirlərimizi maksimum artırmaq üçün deyil, sizin azadlıq, müstəqillik və suverenliyiniz uğrunda mübarizənizə maksimum dəstək vermək üçün buradayıq…”

Türklər Ukraynada “Bayraktar” istehsal edəcək zavod tikir

Türkiyənin “Baytaktar” pilotsuz uçuş aparatlarının istehsalçısı olan “Baykar” şirkəti Ukrayna ərazisində zavod tikintisinə başlayıb.

Tacxeber.com xəbər verir ki, bu barədə şirkətin baş direktoru Haluk Bayraktar Kiyevdə Müdafiə Sənayeləri Forumunda bəyan edib.

Söhbət 100 milyon dollar dəyərində olan investisiyalardan gedir. “Baykar” zavodundan əlavə şirkət Ukraynada ofis və servis mərkəzi inşa etməyi planlaşdırır.

Onun başa çatdırılmasına ilyarım zaman lazım olacaq. Biz burada ən azı 300 nəfəri işlə təmin etməyi planlaşdırırıq”, – Haluk Batraktar planlarını bölüşüb.

O, əlavə edib ki, zavodda təkcə PUA-nın bütöv yığılmasından getmir. Ukraynanın özünün texnologiyaları var və onlar yığılan dronlarda tətbiq ediləcək. O cümlədən, söhbət dronlarda yerləşdiriləcək mühərriklərdən gedir.

Bayraktar qeyd edib ki, bu layihə mütləq çətinliklərlə də üzləşəcək. Onların arasında baş direktor müharibə şəraitində logistikanın, əməkdaşların axtarıb tapılmasını və “normativ mühiti” qeyd edib.

Türkiyəli sahibkar deyib ki, Ukraynada döyüş əməliyyatları dronlar müharibəsinə çevrilib. Kiyev bu müharibədə o cümlədən bu aparatların müxtəlif tiplərindən istifadə edilməsi sayəsində bəzi üstünlüklər əldə edib.

Belə şəraitdə “əks əlaqə”, yəni döyüş meydanında PUA-lardan istifadə edən hərbçilərin rəyləri çox vacibdir. “Baykar”ın Ukrayna Silahlı Qüvvələrindən tövsiyyələr almaq imkanı var, ona görə də Ukraynafa tətbiq edilən “Bayraktar”lar bir sıra unukal sistemlərlə təchiz edilib.

Baş direktor dəqiqləşdirib ki, onu yalnız pul maraqlandırmır: “Biz gəlirlərimizi artırmaq üçün deyil, sizə maksimum dəstək göstərmək üçün buradayıq. Biz sizin azadlıq və müstəqillik uğrunda, sizin suverenliyiniz uğrunda mübarizənizə hörmətlə yanaşırıq”, – o, konfrans iştirakçılarına deyib.

Türkiyənin “Baykar” şirkəti humanitar yüklərin göndərilməsi və ukraynalı uşaqlar üçün düşərgələrin təşkili kimi      bir sıra xeyriyyə təşəbbüslərini də gerşəkləşdirib.

Rusiya hakimiyyəti hələlik bu məlumatları şərh etməyib. Bundan öncə Rusiya mətbuatında “hərbi ekspertlər” yazıb ki, Ukraynada həqiqətən “Bayraktar”ların istehsalına başlanılarsa, bununla müəssisəyə sarsıdıcı zərbə vurulacaq.

Türkiyə dronlar istehsalında dünya liderinə çevrilib

Bundan öncə “Bloomberg” nəşri yazıb ki, Türkiyə “Baykar” şirkəti və şirkətin texniki direktoru və sahiblərindən biri olan Səlcuq Bayraktarın sayəsində ölümcül dronlar istehsalında  dünya liderinə çevrilib.

KİV-lər xatırladıb ki, şirkətin silah istehsalında uğurları “Bayraktar” dronlarının Ukraynada döyüş meydanında imkanları nümayiş etdirildikdən sonra yeni mərhələyə çıxıb.

Digər ölklərdən xarici sifarişlər artıb, bu da Türkiyəyə Yaxın Şərqdə öz təsirini gücləndirməyə imkan verib.

Tacxeber.com

Oxşar xəbərlər