• 24 Noyabr 2024 00:20

“Sözünüzü tutun”: Türkiyə Zelenskini qəbul edir, İsveçdən isə “islah olunmağı” tələb edir…

“NATO-ya daxil olmağı arzulayan ölkələr terrorçuluqla mübarizədə möhkəm mövqe tutmalıdır…”

“Öz ölkəsində terror təşkilatlarının əlinə işləyən hərəkətlərə yol verən ölkə terrorçuluqla mübadizəyə hansı tövhəni verəcək?..”

İsveç qanunlarında yalnız dəyişiklik etmək yetərli deyil

Zelenski Ərdoğanı mərmilərlə kömək etməyə və Ukraynanı NATO-ya buraxmağa razı salmağa cəhd göstərdiyi zaman Ərdoğanın özü nə zamansa əlverişli olan İsveçi NATO-ya buraxmağa hələ qərar verməyib.

Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” nəşri yazıb.

Deyəsən, Quranın yandırılması İsveçə baha başa gələcək.

Türkiyə 11-12 iyulda Şimali Atlantika Alyansının sammitində NATO-ya daxil olmasının “təsdiqini” gözləyən İsveçə sonuncu xəbərdarlığını edib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO-nun mənzil-qərargahında İsveç və Finlandiyadan olan həmkarkarı ilə görüşündə üçtərəfli memorandumun tələblərinin dönmədən icrasını tələb edib.

“Əgər PKK və FETO kimi terrorçu təşkilarlar İsveç küçələrində nümayişlər törətməkdə davam edəcəksə, qanunvericilikdə edilən dəyişikliklər Türkiyə üçün əhəmiyyət kəsb etməyəcək”, – nazir Fidan vurğulayıb.

Brüsseldə NATO-nun mənzil-qərargahında Türkiyə-Finlandiya-İsveç Daimi Birgə Mexanizminin beşinci iclası baş tutub. NATO-nun baş katibi Yens Stoltenberqin təşkil etdiyi görüşdə Türkiyə xarici işlər naziri Hakan Fidan, İsveç xarici işlər naziri Tobias Bilström və Finlandiya xarici işlər naziri Elina Valtonen iştirak edib.

Türkiyə nümayəndə heyətinin tərkibinə Türkiyə Milli İstihbarat Təşkilatının rəhbəri İbrahim Kalın və prezidentin baş müşaviri, səfir Akif Çaqatay Kılıç daxildir.

Bu görüşün nəticələrinə dair Hakan Fidan bəyanat verib. Nazir məlumat verib ki, iclasda NATO-nun Madriddə sammiti zamanı imzalanan üçtərəfli Memorandum çərçivəsində, ilk növbədə terrorçuluqla mübarizə sahəsində Finlandiya və İsveçin atdıqları addımlar nəzərdən keçirilib.

“NATO-ya daxil olmağı arzulayan ölkələr terrorçuluqla mübarizədə möhkəm mövqe tutmalıdır”, – Türkiyə diplomatiyasının başçısı vurğulayıb.

Fəaliyyət davam edir

“İsveçin qanunvericilikdə dəyişiklik baxımından addımlar atdığını, lakin faktiki olaraq praktikada bu dəyişikliklərin tətbiqinin lazım gəldiyini qeyd edən Hakan Fidan üçtərəfli Memorandumun tələblərinin dönmədən icrasının zəruriliyini vurğulayıb.

Xarici siyasət idarəsinin rəhbəri həmçinin əlavə edib ki, NATO-ya daxil olmaq üçün gələcək müttəfiqlər sanksiyaları və Türkiyəyə hərbi məhsulların ixracına məhdudiyyətləri götürməlidir.

İsveçdə terrorçu təşkilatların fəaliyyətinin davam etməsi faktına diqqət çəkərək, Hakan Fidan deyib: “Kürd Fəhlə Partiyası (PKK) və Fətullahçıların Terrorçu Təşkilatı (FETO) kimi terrorçu təşkilarlar və onlara bağlı olan qurumlar İsveç küçələrində nümayişlər təşkil edərək, yeni üzvlər toplayacaqsa, maliyyəyə çıxış əldə edəcəksə, o zaman Türkiyə qanunvericilikdə dəyişikliklərə aldana bilməyəcək, belə dəyişikliklərin, sadəcə, mənası olmayacaq”.

Bu, ilk hücum deyil

“Digər tərəfdən, bizim Qurban bayramımızın ilk günündə milyardlarla müsəlmanın Müqəddəs Kitabı olan Müqəddəs Qurana iyrənc hücuma icazə verilirsə, biz bu barədə nə deyə bilərik?

Biz bu vəziyyəti görməzdən gələ bilmərik, – nazir bəyan edib. – Üstəlik, bu, ilk dəfə deyil ki, baş verir. Sual olunur: öz ölkəsində terror təşkilatlarının əlinə işləyən hərəkətlərə yol verən ölkə terrorçuluqla mübarizəyə hansı tövhəni verəcək?”

İsveçin Memorandumun şərtlərinin icra edilməsi barədə iddialarının ayrıca dəyərləndirilməsinin zəruriliyini qeyd edən Fidan əlavə edib ki, Türkiyə metod kimi “seytnotdan” istifadə edilməsini dəstəkləmir.

Stoltenberq məmnundur

NATO-nun baş karibi Yens Stoltenberq görüşdən sonra jurnalistlərin suallarına cavabında qeyd edib ki, tərəflər “tezliklə İsveçin üzvlüyünün mümkünlüyünü təsdiq edib”.

Görüşü “məhsuldar” adlandıran Stoltenberq deyib: “İsveçin üzvlüyünün təsdiqi o demək deyil ki, biz Türkiyə ilə əməkdaşlığa son qoymuşuq və ya onu ikinci plana çəkmişik. Finlandiyanın bugünkü işi göstərir ki, hər şey əksinə olacaq”.

Baş katib həmçinin məlumat verib ki, Alyansın iyulun 11-də Vilnüsdə işə başlayan iki günlük sammitində Türkiyə və İsveç liderləri arasında görüş крыльце. “Bazar ertəsi Vilnüsdə mən prezident Ərdoğanın və İsveçin baş naziri Kristerssonun iştirakı ilə görüş keçirəcəyəm”, – baş katib deyib.

Tacxeber.com

Oxşar xəbərlər