• 22 Sentyabr 2024 21:34

Zelenskini lağa qoyan İlon Maska tənqid yağdı – FOTO

 

Amerikalı milyarder, Tviterin sahibi İlon Mask Ukrayna Prezidenti Volodimir Zelenski ilə bağlı paylaşım edib.

Tacxeber.com xəbər verir ki, o, Zelenskinin əsəbdən alnında damarları qabarıq şəkildə görünən fotosunu paylaşıb.

Fotonun üzərində isə “ 5 dəqiqə keçəndə və siz bir milyard dollar yardım istəmədiyiniz zaman” sözləri yazılıb.

Onun bu paylaşımı tvitter istifadəçilərinin qəzəbinə tuş gəlib.

Bir çox sosial şəbəkə istifadəçisi xalqının azadlığı uğrunda qəhrəmancasına mübarizə aparan cəsur liderə istehza etdiyi üçün Maskın utanmalı olduğunu yazıb.

Tacxeber.com

 

 

Oxşar xəbərlər