• 24 Noyabr 2024 04:35

“Rusiyada İranın reaktiv mərmiləri üzə çıxıb, əvəzində Tehranın sorğusu nə olub?” – ISW 

“BMT qətnaməsinin müddəti başa çatdığından İran Moskvaya bu raketləri sata biləcək…”

“İran raketlərinin Rusiyaya satışı hərtərəfli nüvə danışıqlarının uğuruna neqativ təsir göstərəcək…”

İran Rusiyaya “Fateh-110” və “Zülfüqar” ballistik raketlər satmağa hazırdır.

Moderator.az xəbər verir ki, bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) yeni hesabatında deyilir.

ISW-nin analitiki Əmin Soltani Ukraynanın “LIGA.net” portalına deyib ki, artıq oktyabr ayında İran BMT qətnaməsinin müddətinin başa çatması səbəbindən Moskvaya bu raketləri sata biləcək.

“Son həftələr biz İranın ixraca hazır olduğu barədə əlamətlərini görürük, Rusiya isə İranın bir neçə raket sistemlərində maraqlıdır”, – Soltani deyib.

Onun məlumatına görə, bunun əvəzində Tehran Moskvadan “Cy-35” təyyarələri, “C-400” hava hücumundan müdafiə sistemləri, kosmik, raket və nüvə proqramları ilə yardım, habelə surətini çıxarmaq üçün Ukraynada ələ keçirilmiş Qərb silahını xahiş edir.

Soltani qeyd edib ki, bu sövdələşmənin dəqiq baş tutacağını proqnozlaşdırmaq çətindir, çünki bu, İranla Rusiya arasında münasibətlərin dinamikasından, habelə Qərblə nüvə sövdələşməsi üzrə danışıqlar şəraitində iranlıların prioritetlərindən asılı ola bilər.

“İran raketlərinin Rusiyaya satışı, böyük ehtimalla, hərtərəfli nüvə danışıqlarının uğuruna neqariv təsir göstərəcək”, – ekspert deyib.

Bu arada isə Ukraynada hərbi texnikanı izləyən “Ukraine Weapons Tracker” layihəsinin analitikləri əmin edib ki, Rusiya qoşunları artıq “Qrad” yaylım atəşli reaktiv sistemləri üçün İranın 122 mm-lik reaktiv mərmilərini alıb.

Sübut kimi ekspertlər “Arash” fəslindən olan onlarla qəlpə-fuqas döyüş sursatlarının videosunu dərc edib. Qeyd edilir ki, ABŞ-ın İranın müdafiə sənayesinə xeyli təsiri səbəbindən İran silahlarında olan bütün yazılar ingilis dilində markalanır.

İlk dəfə Rusiyanın İran istehsalı olan reaktiv mərmilərindən istifadə etməsi haqqında analitiklər 2023-cü ilin avqustun sonunda məlumat verib. Döyüş sursatları 2018-ci və 2023-cü illərin istehsalı olub. Öz xüsusiyyətlərinə görə İranın döyüş sursatları sovetlərinkinə çox bənzəyir.

Bu zaman Ukrayna ordusu da “Qrad”lar üçün İran mərmilərindən istifadə edir. Döyüş sursatlarının mənşəyi dəqiq bəlli deyil.

Bu silahın Yaxın Şərq rayonunda gəmilərdən götürülməsi versiyası var. İran qaçaqmalçılıq yolu ilə öz proksilərinə döyüş sursatları və silah verir, onlar ABŞ və dəniz patrul xidməti keçən digər ölkələr tərəfindən müsadirə edilir.

Lakin 2023-cü ildə istehsal edilən döyüş sursatlarının mövcud olması onu göstərə bilər ki, ya İran hökuməti bu tədarükə cəlb edilib, ya da mərmilər yenidən ixrac edilir, bu barədə “Militarnı” nəşri yazıb. (Moderator)

Tacxeber.com

Oxşar xəbərlər