• 24 Noyabr 2024 06:04

Rusiyanın Ermənistana qarşı sanksiyası başladı: Konyak aparan maşınlar sərhəddən buraxılmır

 

Təxminən iki həftədir ki, Ermənistana məxsus 60-a yaxın yük maşını Larsda dayanıb, sərhədi keçməyə imkan verilmir. Yük maşınlarında Ermənistandan Rusiyaya ixrac edilən, müxtəlif şirkətlərə məxsus konyak məhsulları var.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Məlumata görə, onların arasında Qaqik Tsarukyana məxsus “Noy” konyak zavodunun, fransızlara məxsus “Vedi Alko” konyak zavodunun konyak partiyası da var. Rəsmi əsaslandırma ondan ibarətdir ki, məhsul, orijinal və ya saxta olduğunu öyrənmək üçün ekspertizadan keçməlidir. Ancaq belə bir fikir də var ki, bununla Rusiya tərəfi Ermənistana qarşı elan olunmamış sanksiyalar tətbiq etməyə başlayıb.

Ermənistan nümayəndəsi Vaan Akopyan bu xəbəri təsdiqləyib. “Əslində konyaklara nəzarət təxminən mart-aprel aylarında qurulub və o vaxtdan Rusiya gömrük xidməti tərəfindən ciddi nəzarət həyata keçirilir. Bir neçə gün əvvəl nəzarət gücləndirilib və əgər o zaman gömrük xidmətinin risklərin idarə edilməsi sistemi konkret istehsalçıların məhsullarını seçib, nəzarət həyata keçirirdisə, indi bu sistem bütün erməni konyaklarına tətbiq olunur. Hazırda nəzarətdə olan 60-a yaxın yük maşınımız var”.

Tacxeber.com

Oxşar xəbərlər