• 23 Noyabr 2024 06:14

ŞOK – Rüstəm Usubovu Avropaya buraxmadılar

Baş Prokurorun sabiq birinci müavini Rüstəm Usubovun  Avropaya getmək niyyəti baş tutmayıb.

Gununsesi.info-nun xəbərinə görə, Usubovun viza üçün müraciət etdiyi Avropa İttifaqı ölkələrindən birinin Bakıdakı səfirliyi ona imtina cavabı verib.

Vizaya dair imtinanın səbəbi açıqlanmasa da ehtimal olunur ki, bu, Rüstəm Usubovun adının son zamanlar “MTN İşi” çərçivəsində keçirilən məhkəmə prosesində hallanması ilə bağlıdır.

Qeyd edək ki, “MTN İşi”ndə zərərçəkənlərlə yanaşı vaxtilə MTN-də yüksək vəzifə tutanlar da  Rüstəm Usubovu cinayətdə ittiham edib.

Baş Prokurorun sabiq birinci müavini qanunsuz həbslərə təqdimatda və saxta ittiham aktlarını təsdiqləməkdə günahlandırılır.

Tacxeber.az

Oxşar xəbərlər