• 24 Noyabr 2024 05:40

Benzemanın komandası İrandakı oyunu bu heykələ görə boykot etdi – FOTO

“Əl İttihad”ın Asiya Çempionlar Liqasında “Sepahan”la oyunu siyasi qalmaqal səbəbindən ləğv edilib.

Bu barədə Tacxeber xarici KİV-ə istinadla xəbər verir.

Belə ki, Tehranın Azadi stadionunun girişində Qasım Süleymaninin büstü qoyulub.

“Əl-İttihad”ın nümayəndələri meydana daxil olmaqdan imtina edərək, büstün stadiondan götürülməsini tələb ediblər. Uzun fasilədən sonra “Əl-İttihad” arenanı tərk edib.

Hazırda Luis Felipe, N’Qolo Kante və Kərim Benzemanın yer aldığı Səudiyyə Ərəbistanı klubunu 0:3 hesablı texniki məğlubiyyət gözləyir. (Bakupost)

Tacxeber.com

Oxşar xəbərlər