• 24 Noyabr 2024 12:28

“Xərçəngdən əməliyyat olundum, insult keçirtdim” – Xalq artisti 

“Xərçəngdən əməliyyat olundum, insult keçirtdim” - Xalq artisti 

“Şəkər xəstəliyinə tutuldum. Daha sonra xərçəng aşkarlandı. Dərhal və təcili əməliyyat olundum. Bu əməliyyatın gerçəkləşməsində Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkürümü bildirirəm. Sonra da insult keçirtdim. Ailəm, oğlum, gəlinim yanımda idi”. 

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Nisə Qasımova “Rəngarəng səhər” proqramında qonaq olarkən deyib. İnsult keçirən, səhhətində ciddi problemlər yaranan müğənni hazırki durumundan danışıb:

“Elə bil mənə hiss gəldi ki, sanki ölürəm. Qurani kitabını tez yanıma gətirdilər. Başladım oradan sözləri oxumağa. Elə bildim ki, bədənimdə nə qan, nə su var. Dedim ki, axı mənə nə oldu? Evdəkilər gördülər ki, üzümdə deformasiya oldu. Beynim, huşum alt-üst oldu. Həmin an oğlum Heydər Əliyev Fonduna zəng etdi. Əlil arabasına əyləşdim, dilim tutuldu. 11 gün xəstəxanada qaldıqdan sonra evə gəldim. Ondan sonra səhhətimdə başqa problemlər yarandı”.

Tacxeber.com

Oxşar xəbərlər