• 24 Noyabr 2024 15:43

Heç bir yerə toxunmadım, amma bədənimdə göyərmə var- Səbəblər

 

Bədəndə xüsusən qollar, ayaqlarda səbəbsiz qançırlar, göyərmələr çox insanda mütəmadi rast gəlinir.
Əgər bu hal tez-tez baş verirsə, mütləq səbəbini araşdırmalısız. Çünki ciddi xəstəliklər səbəbindən ola bilər.

“Medicina” xəbər verir ki, travmotoloq Serqey Mixaylovun sözlərinə görə, dərinin altında kiçik qan damarları – kapilyarlar zədələndikdə, partladıqda göyərmə baş verir. Bu vəziyyətdə qan zədələnmiş damarlardan çıxır və dərinin altında toplanır.

“Əksər hallarda, belə göyərmələr zərərsizdir və öz-özünə sağalır. Ancaq bəzi hallarda, qançırlar, xüsusən də digər xoşagəlməz simptomlarla birlikdə baş verərsə, tibbi yardım tələb edə bilər.
Bu hallar aşağıdakılardır:

Qançır böyükdür və sürətlə böyüyür. Bu, qanyaranma laxtalanma pozulması və ya daha böyük bir qan damarının zədələnməsinin əlaməti ola bilər.

Qançır cinsiyyət orqanlarına yaxın yerləşir. Bəzən bu herpes, sifilis və ya qonoreya kimi cinsi yolla ötürülən xəstəliyin əlamətidir.

Baş zədələnməsindən qançırlar. Qançırlar baş, beyin sahəsinə yaxın yerdə olduqda, ağırlaşmalara səbəb ola bilər. Hematoma ilə yanaşı, qusma, başgicəllənmə və ya huşunu itirmə baş verərsə, çox güman ki, beyin sarsıntısı baş verib.

Qeyri-adi miqdarda göyərmə. Əgər birdən-birə heç bir səbəb olmadan bədəndə bir neçə göyərmə əmələ gəlirsə və bir müddət sonra onlar keçmirsə, həkimə müraciət etmək lazımdır. Bu leykoz səbəbindən ola bilər.

Qarın və ya döş qəfəsindəki kaplyarların partlaması nəticəsində yaranan qançırlar. Ağrı son dərəcə güclü hiss olunursa,təcili həkimə müraciət etmək lazımdır.

Tacxeber.com

Oxşar xəbərlər