• 24 Noyabr 2024 15:41

Rusiya efirində Qarabağ mövzusu: gözlənilməz çıxış – VİDEO

 

Efirində Azərbaycana qarşı təxribatların yer aldığı Rusiya telekanalı maraqlı süjet hazırlayıb.

Tacxeber.com xəbər verir ki, həftəlik xəbərləri təqdim edən “Rusiya 1”in aparıcısı Dmitri Kiselev veriliş başlayan kimi, bu sözləri deyib:

“Azərbaycan ərazisində olan tanınmamış Dağlıq Qarabağ Respublikası bitdi. Həftənin cümə axşamından (28 sentyabr) o, yox olub”.

Aparıcı çıxışı zamanı həmçinin vurğulayıb ki, “artsax” və ya “dqr” dünyada heç bir dövlət tərəfindən, hətta Ermənistan tərəfindən tanınmayıb.

Kisilev danışarkən onun simasındakı və leksikonundakı ironiya diqqət çəkib.

“İndi Dağlıq Qarabağ Respublikası da özü özünü tanımaqdan imtina edib”, – o deyib.

Verilişdə daha sonra qondarma rejimin rəhbəri olmuş Samvel Şahramanyanın özünü buraxması ilə bağlı bəyanatı təqdim olunub.

Bununla yanaşı, efirdə Azərbaycan tərəfinin qısa zamanda antiterror əməliyyatı həyata keçirdiyi və istəyinə nail olduğu qeyd edilib.

 

 

Tacxeber.com

Oxşar xəbərlər