• 21 Sentyabr 2024 14:48

“Nədən Rusiya gəmilərini Sevastopoldan çıxarır?..” – ISW

“Rusiya Qara dəniz donanması bölmələrini Sevastopoldan arxa cəbhənin dərinliyində yerləşən bazalarına köçürür…”

 

“Ukrayna Silahlı Qüvvələri Rusiyanın Qara dəniz donanmasına funksional zərbə vurmağa müvəffəq olub…”

Rusiyalılar Qara dəniz donanmasının bir neçə gəmisini işğal edilmiş Sevastopoldan (Krım) Novorossiysk (Krasnodar diyarı) limanına göndərir.

Tacxeber.com  Moderator.az-a iştinadən  xəbər verir ki, bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutu (İSW) analitiklərinin növbəti hesabatında deyilir.

Analitiklər bu nəticəyə gəlib ki, rusiyalı hərbçilər bu yolla hərbi gəmilərini Ukraynanın işğal edilmiş Krımda rusiyalıların obyektlərinə davam edən zərbələrindən qorumağa cəhd edir.

1-3 oktyabr tarixlərinin peyk şəkillərini təhlil edərək, ekspertlər müəyyən edib ki, rusiyalı hərbçilər ən azı 10 gəmini, o cümlədən “Admiral Makarov” və “Admiral Essen” freqatları, üç dizel sualtı qayığı, beş desant gəmisi və bir neçə kiçik raket gəmisini Sevastopoldan Novorossiyskə göndərib.

Bundan başqa, oktyabrın 2-də çəkilən peyk şəkillərində Rusiyanın 2260 layihəsinə aid patrul gəmisinin ilk dəfə olaraq Feodosiya limanında peyda olduğu görünür.

Analitiklər qeyd edir ki, rusiyalılar, böyük ehtimalla, Qara dəniz donanmasının bölmələrini Sevastopoldan arxa cəbhənin dərinliyində yerləşən bazalarına köçürür.

“Mümkündür ki, Rusiya qoşunları Sevastopolda Qara dəniz donanması obyektlərinə çoxsaylı zərbələrdən sonra bəzi gəmilərini Novorossiyskə göndərir, lakin, böyük ehtimalla, rusiyalılar Rusiyanın Qara dəniz donanmasının bazası olan Sevastopol limanından istifadə etməkdə davam edəcək”, – ISW-nin hesabatında deyilir.

Müstəqil analitik, Norveç Hərbi-Dəniz Qüvvələrinin sabiq zabiti Tord Are İversen qeyd edib ki, Ukraynanın hücumundan sonra Rusiya gəmilərinin dislokasiyası, adətən, aktivləşir, lakin sonra yenə də adi rejimə dönür.

Xatırladaq ki, oktyabrın 3-də Böyük Britaniyanın kiçik müdafiə naziri Ceyms Hippi bəyan edib ki, Ukrayna Silahlı Qüvvələri Rusiyanın Qara dəniz donanmasına “funksional zərər” vurmağa müvəffəq olub.

Bundan öncə, sentyabrın 27-də Ukraynanın Cənub Müdafiə Qüvvələrinin spikeri Natalya Qumenyuk məlumat verib ki, işğal edilmiş Sevastopolda Qara dəniz donanması qərargahına raket zərbəsi endirildikdən sonra düşmənin hərbi-dəniz fəaliyyətində sakitlik müşahidə edilir.

Tacxeber.com

Oxşar xəbərlər