• 24 Noyabr 2024 16:26

Azərbaycan İsrail üçün Ermənistandan daha vacib ölkədir – Efraim İnbar

 

“Azərbaycan və İsrail yaxın hərbi tərəfdaşlardır. 2017-2020-ci illər arasında Azərbaycanın silah idxalının 60%-dən çoxu İsrailin payına düşür. Bu da həmin dövrdə İsrail silah ixracının 13%-ni təşkil edib”.

Tacxeber.com xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatında deyilir.

SIPRI-nin məlumatında o da qeyd olunub ki, 2010-2020-ci illər arasında Azərbaycan İsraildən geniş çeşiddə pilotsuz təyyarələr, raketlər və minaatanlar alıb

İsrail-Azərbaycan münasibətləri üzrə ekspert, Yerusəlim Strategiya və Təhlükəsizlik İnstitutunun prezidenti Efraim İnbar CNN-ə açıqlamasında deyib ki, ölkələr arasında əlaqələr 2020-ci ildən möhkəmlənib. “Neft və silah satışı davam edir. Azərbaycan beynəlxalq mövqeləri yaxşılaşan İrandan daha çox təzyiq hiss edir. İsraildə isə İranın müttəfiqi sayılan Ermənistana o qədər də rəğbət bəslənmir”, -İnbar qeyd edib.

Onun sözlərinə görə, ölkədə Azərbaycana silah satışına qarşı olan siyasi müxalifət azdır. “İsrail PUA-larının Azərbaycandakı müharibəyə verdiyi töhfə hamıya məlumdur. İsraillilər silahları ilə fəxr edirlər. Silah satışı İsrail üçün sərfəli hesab edilir”, – o vurğulayıb.

SIPRI-nin baş elmi işçisi Peter Veseman CNN-ə bildirib ki, İsrail Azərbaycana silah satışına görə Qərbdəki müttəfiqlərinin təzyiqi ilə üzləşə bilər. “Bu onun Azərbaycanla münasibətlərinə xələl gətirəcək, lakin eyni zamanda İsrail daha mühüm tərəfdaş olan Avropa dövlətləri ilə münasibətləri düşünməli olacaq”.

Ekspert Efraim İnbar isə hesab edir ki, İsrail Azərbaycana etibarlı təchizatçı kimi nüfuzunu saxlamaq istəyir: “İstənilən halda Azərbaycan İsrail üçün Ermənistandan daha vacibdir. İsrailin xarici siyasətini idarə edən real siyasətdir”.

Tacxeber.com

Oxşar xəbərlər