İranın keçmiş prezidenti Mahmud Əhmədinejat saxlanılıb.
“MOUZE“ teleqram kanalı xəbər verir ki, o, Tehran hava limanında ölkəni tərk etməyə cəhd edərkən tutulub.
Keçmiş prezidentin xarici pasportu əlindən alınaraq hava limanından uzaqlaşdırılıb. Bildirilir ki, Mahmud Əhmədinejatın ölkədən çıxışına qadağa qoyulub.