Xalq artisti Könül Xasıyeva və jurnalist Pərviz Hüseyn arasında illik qalmaqal sona çatıb.
Tacxeber.com xəbər verir ki, məhkəmə çəkişən xanəndə və jurnalist canlı efirdə üz-üzə gələrək barışıblar. Tərəflər “Xəzər” telekanalında yayımlanan “Təsir Dairəsi” proqramında onlar aralarındakı söz-söhbətə son qoyub.
Canlı efirdə Xalq artistindən üzr istəyən P. Hüseyn həmişə Xalq artistinə hörmət etdiyini bildirib.
Öz növbəsində, K. Xasıyeva jurnalistə yaxınlaşaraq onu qucaqlayıb:
“Mən heç vaxt həbsin tərəfdarı olmamışam. 40 min manat tələbini də mən qoymamışdım, qarşıma seçim qoymuşdular. Məhəkə prosesində də barışığın tərəfdarı olmuşam. Onu öpüb bağrıma basıram”.