Cəmiyyətimiz düşünməlidir, səhv etmişik – Erməni deputat
Ermənistan cəmiyyəti oturub düşünməlidir. Bizdə nəsə səhv oldu. Bu son dərəcə təhlükəli vəziyyətdir.
Tacxeber.com xəbər verir ki, bunu “Ermənistan” fraksiyasının deputatı Qarnik Danielyan televiziya verilişinin efirində deyib.
O vurğulayıb ki, səhvləri barədə düşünməyin vaxtıdır: “Təsəvvür edin – hərbi əməliyyatlar zamanı Ermənistanı dəstəklədiyini bəyan edən bir ölkə olmayıb. Bu, səhv etdiyimizi göstərir. Səhvləriniz barədə düşünməyin vaxtıdır”.