• 24 Noyabr 2024 20:44

Simonyanın Paşinyan iddiasına Putinin cavabı: Yox!

Mən sizinlə razılaşa bilmərəm ki, Baş nazir Paşinyana Qarabağı təslim etmək üçün kimsə tərəfindən hakimiyyətə gətirilib.

Bu sözləri Rusiya lideri Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Kulubunun plenar iclasında RT kanalının və “Rossiya seqodnya” media qrupunun baş redaktoru, erməniəsilli Marqarita Simonyanın bu yöndən sualını cavablandırarkən deyib.

“Hər bi halda bu, (Paşinyanın hakimiyyətə gəlməsi – red.) erməni xalqının seçimi idi. Bəli, seçki proseslərinə fərqli münasibət ola bilər, amma bu faktdır, ona görə də burada sizinlə razılaşmıram.

İkincisi, onun Qarabağı təslim etməyə çalışmasına gəldikdə, burada da sizinlə razllaşmıram. 2020-ci ildə bu münaqişə zamanı və təbii ki, ondan əvvəl onunla sıx əlaqə saxlayırdım. Yada salaq ki, o, hakimiyyətə gələndə “Qarabağ Ermənistandır” demişdi. O vaxta qədər heç kim heç vaxt elə söz deməmişdi. Doğrudur, sonradan onun mövqeyi köklü şəkildə dəyişdi. Niyə? – bu artıq mənə aid sual deyil. Ancaq 2020-ci il münaqişəsi zamanı onunla ünsiyyətdə oldum və mənim fikrimcə, o, səmimi şəkildə vəziyyəti qoruyub saxlamağa çalışırdı. İndi qərarların doğru və yaxud yanlış olması barədə danışmıram. Bunu mühakimə etmək də mənim işim deyil. Amma onun Qarabağı məqsədli şəkildə təslim etdiyini söyləməyi ədalətsizlik hesab edirəm”, – Putin bildirib. (Axar)

Tacxeber.com

Oxşar xəbərlər