• 24 Noyabr 2024 03:45

Əhmədinejad ABŞ-ın sanksiya siyahısında olmasına baxmayaraq ölkədən çıxıb

İranın təhlükəsizlik rəsmiləri bir müddət əvvəl ABŞ administrasiyası tərəfindən sanksiya siyahısına daxil edilən keçmiş prezident Mahmud Əhmədinejadın həbs olunma ehtimalına görə onun ölkəni tərk etməsinə icazə vermək istəməyib.

Bizimyol.info xəbər verir ki, İranın yarı-rəsmi Təsnim Xəbər Agentliyinin verdiyi məlumata görə, Əhmədinejad səfərin “təhlükəsizliyi üçün məsuliyyəti öz üzərinə götürərək” xaricə getməyə icazə alıb.

Xəbərdə Əhmədinejadın Qvatemalaya getdiyi qeyd edilib. Sosial mediada Əhmədinejadın təyyarəyə doğru addımladığı anlar paylaşılıb. Bildirilib ki, Əhmədinejadın Mərkəzi Amerika ölkəsi Qvatemalaya getmək üçün dünən gəldiyi Tehran hava limanında onun pasportu götürülüb və ona ölkədən çıxmasına icazə verilmədiyi barədə məlumat verilib.

İran təhlükəsizlik rəsmiləri bir müddət əvvəl ABŞ administrasiyası tərəfindən sanksiya siyahısına daxil edilən Əhmədinejadın həbs olunma ehtimalına görə, onun ölkəni tərk etməsinə icazə verilmədiyini açıqlayıb.

“Keçmiş prezident dövlət orqanları ilə apardığı danışıqlardan sonra, bütün təhlükəsizlik məsələləri ilə bağlı məsuliyyətini öz üzərinə götürdüyünü bildirərək İrandan çıxmaq üçün icazə almağı bacarıb”, – deyə agentlik qeyd edib. (Bizimyol)

Tacxeber.com

Oxşar xəbərlər