• 25 Noyabr 2024 01:39

Rusiya hərbi gəmisi Bakı limanına yan aldı

Rusiya hərbi gəmisi Bakı limanına yan aldı

Rusiyanın hərbi gəmisi Bakıda olub, sərhəd təhlükəsizliyinin təmini müzakirə edilib.

Tacxeber.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat yayıb.

Oktyabrın 4-6-da Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti rəhbərinin müavini – Sahil Mühafizəsi Departamentinin rəisi vitse-admiral R.Tolokun rəhbərliyi ilə “Rəsul Həmzətov” sərhəd gözətçi gəmisi Bakı limanına dostluq səfəri edib.

Səfər zamanı Rusiya nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən qəbul edilib. Görüşdə Azərbaycanla Rusiya sərhəd mühafizə qurumları arasında aidiyyəti istiqamətlər, o cümlədən Xəzər dənizində sərhəd təhlükəsizliyinin təmin edilməsi, bioloji resursların qorunması, qanunsuz fəaliyyətə qarşı mübarizə sahəsində əməkdaşlığın uğurla inkişaf etməsi qeyd olunub, qarşılıqlı əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Tacxeber.com

Oxşar xəbərlər