• 25 Noyabr 2024 00:51

İsraildə hərbi vəziyyət elan edildi: küçə döyüşləri gedir .

İsrailin mərkəzinin Qəzza zolağından raket atəşinə tutulması ilə əlaqədar ölkə üzrə hərbi vəziyyət elan edilib.

Bu barədə “Əl-Cəzirə” məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar ölkədə oktyabrın 7-nə nəzərdə tutulan bütün etiraz nümayişləri təxirə salınıb.

Qeyri-rəsmi məlumatlara əsasən, naməlum silahlılar ölkə ərazisinə daxil olublar. Bəzi şəhərlərdə küçə döyüşlərinin getdiyi də vurğulanıb. Hakimiyyət əhalini sığınacaqdan və təhlükəsiz yerlərdən çıxmamağa çağırır.

Qəzza zolağına nəzarət edən HƏMAS İsrailə qarşı “Əl-Əksa tufanı” adlı əməliyyata başladığını bildirib.

20 dəqiqə ərzində İsrailə 5000 raketin buraxıldığı vurğulanıb.

İsrail ordusunun əsgərlərindən əsir götürüldüyünə dair xəbərlər də yayılıb.

HƏMAS “böyük inqilab”ın başladığını bildirərək İsraildə və onun ətrafında yaşayan ərəbləri birləşməyə çağırıb. İranın dəstəklədiyi “İslami cihad” silahlı təşkilatının rəhbərliyi “Əl-Əksa” əməliyyatına qoşulduğunu açıqlayıb.

“Əl-Cəzirə”nın məlumatına əsasən, İsrail ordusu Qəzzadakı “Ərəz” nəzarət buraxılış məntəqəsinə nəzarəti itirib.

Qeyd edək ki, hərbi əməliyyat ərəb-İsrail müharibəsinin başlamasının 50-ci ildönümünə təsadüf edir. (Axar)

Tacxeber.com

Oxşar xəbərlər