• 25 Noyabr 2024 00:49

Aytən Səfərova od püskürdü: “Evlənəndən sonra kişilər…” – VİDEO

 

“Keçmişdə “qadın evin qulluqçusudur” deyib analar bütün işləri qızlarına öyrədirdilər. Qadına həmin illər ərzində qul kimi baxılıb ki, indiyə qədər də bir çox oğullar evləndikdən sonra “məişət əlili”dir”.

Tacxeber.com xəbər verir ki, bu sözləri teleaparıcı Aytən Səfərova deyib.

O, aparıcısı olduğu “Xəbər ertəsi” proqramında ailədə qadın və kişinin rolu barədə danışarkən od püskürüb:

“Evlənəndən sonra kişilər primitiv işləri görmürlər. Yeyib-içib masanın üzərində qoyub gedirlər. Bir fincanı suyun altına qoymaq problemdir? Qadın quldur? Xeyr! Sizin də evinizdə yəqin qız övladlarınız böyüyür. Onları qul olaraq böyütmürsünüz. Qadınlar qul deyil, həyat yoldaşıdır, onlar ərlərinə ömür-gün yoldaşlığı etmək, xeyirdə-şərdə bərabər olmaq üçündür!”

Tacxeber.com

Oxşar xəbərlər