• 25 Noyabr 2024 03:19

İsraildə qalan azərbaycanlı müğənni ilə bağlı RƏSMİ AÇIQLAMA

 

“İsraildə hərbi əməliyyatlara görə çətin vəziyyətdə qalan, hazırda sığınacaqda olan azərbaycanlı müğənni Samirə Əfəndi ilə bu dəqiqələrdə əlaqə saxladım, özü və yanındakı 4 nəfər həyəcanlı anlar yaşasalar da, yaxşıdırlar”.

Tacxeber.com Report-a istinadən xəbər verir ki, bu barədə a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı məlumat verib.

Onun sözlərinə görə, Dövlət Komitəsi və İsraildə olan diaspor təşkilatları müğənni və yanındakı şəxslərin ölkəyə qayıtmasına çalışırlar: “Onların sağ-salamat vətənə qayıtmaları üçün Diasporla İş üzrə Dövlət Komitəsi və İsraildə olan diaspor təşkilatları əllərindən gələni etməyə hazırdırlar. Gün ərzində Samirə xanımla yenidən əlaqə yaradacağıq”.

Qeyd edək ki, İsrailin Tel-Əviv şəhərinə gedən müğənni Samirə Əfəndi ailə üzvləri və meneceri Aydan Topçubaşova ilə birlikdə mövcud vəziyyətə görə çətin vəziyyətdə qalıb.

Tacxeber.com

Oxşar xəbərlər