38 yaşlı aktyor Burak Özçivit Pakistan səfərində qorxulu anlar yaşayıb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Kuruluş Osman” serialının qəhrəmanı Pakistanda siması olduğu ətir markasının təqdimatı üçün Ticarət Mərkəzində keçirilən tədbirdə iştirak edib. Aktyoru görə bilmək üçün ticarət mərkəzinə yüzlərlə insan axışıb. Əzilmək təhlükəsi yaşayan ulduz mühafizəçilərin yardımı ilə izdihamdan xilas ola bilib.