Yəhya Sinvar bu hücumun komandiridir və o, artıq özünü ölü bilsin.
Tacxeber.com xəbər verir ki, bunu İsrail ordusunun sözçüsü kontr-admiral Daniel Həcəri mətbuat konfransında deyib.
Həmas liderlərini hədələyən Həcəri daha sonra deyib: “HƏMAS-ın hərbi və siyasi rəhbərliyi, onun bütün aktivləri məhvə məhkumdur”.
Yəhya İbrahim Həsən Sinvar 2017-ci ilin fevralında keçirilən daxili seçkilərdə Qəzza zolağında HƏMAS-ın lideri seçilib. O həm də təşkilatın hərbi qanadının yaradıcılarından biridir.